• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 15.01.2022 19:25

DİM-in yenilikləri

KepezTV Player

Müasir dövrümüzdə distant təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atılır. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi tərəfindən təklif olunan yeniliklər artıq imtahana hazırlaşanların istifadəsindədir. Bəs hansıdır sözügedən yeniliklər?

Distant təhsilin təşviqi istiqamətində onlayn sınaq imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinin faydalı layihələrindəndir. Bu istiqamətdə otk.az platformasının istifadəyə verilməsi imtahana hazırlaşanların məzmunu mənimsəməsinə, onlayn təhsilin təşviq olunmasına hesablanıb. Platforma dərsliklərin yenilənməsi prosesi ilə bağlı mütəmadi olaraq yenilənir. Eləcə də, düzgün cavabların izah olunması müraciət edənlərə dəstək olur.

İmtahana psixoloji dəstək mexanizminin tətbiqi e-psixoloq.az platformasında öz əksini tapıb. Xidmət istiqamətləri konsultasiya, təlimlər olan bu platforma vasitəsilə şagirdlər və valideynlər ixtisas seçimi ilə bağlı da dəstək ala bilirlər. Sözügedən platformada təqdim olunan peşə yönümünə uyğun olan testlər müraciət edənlərə ixtisas seçimində istiqamət göstərir.

DİM tərəfindən növbəti yenilik ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılarla bağlıdır. Xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili üzrə danışma bacarıqlarının yoxlanılması üçün imtahanların keçirilməsi də təqdim olunan yeniliklərdəndir.

Təqdim olunan yeniliklər müraciət edənlər üçün səmərəli formada imtahanlara hazırlaşmaq, həyəcan hissinin qarşısının alınması, eləcə də imtahan öncəsi müvafiq vərdişlərin mənimsənilməsinə xidmət edir.

 

Valeh Anaroğlu