• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 15.01.2022 19:30

Gəncə xanlığının sonuncu hökmdarı - Cavad xan anılıb

KepezTV Player

Gəncədə Cavad xanın anım mərasimi keçirilib. Xanın Şah Abbas Cümə məscidinin həyətindəki türbəsi ziyarət edilib, məzarına gül dəstələri düzülüb, ruhu hörmətlə anılıb.  Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Cavad xan Gəncənin yox, bütün Azərbaycanın müstəqillik rəmzidir.