• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 15.01.2022 16:23

Şəhid Orxan Namazovun xatirəsi anılıb

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzi kitabxanada şəhid Orxan Namazovun  xatirəsinə həsr olunan “Unutmadıq, unutmayacağıq, unutdurmayacağıq” adlı anım tədbiri keçirlib. Vurğulanıb ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün davam edən və qüdrətli ordumuzun şanlı qələbəsi ilə başa çatan vətən müharibəsi minlərlə igidimizin qəhrəmanlıq salnaməsiylə yaddaşlara əbədi həkk olundu. Bu zəfər 30 ilin həsrətinə 44 gündə canları bahasına son qoyan Azərbaycan oğullarının nə qədər mərd olduğunu göstərdi. Orxan Namazov da ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşan bu cür igid oğullarımızdan biridir. Vətən müharibəsi başlayanda ilk döyüşə atılanlardan olan Namazov son damla qanına qədər düşmənlə mübarizə aparıb. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.