• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 15.01.2022 15:48

"Omikron" nə qədər təhlükəlidir?

KepezTV Player

Koronavirusun yeni "Omicron" variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Bəs yeni ştamın digər mutasiyalardan fərqləri hansılardır?  Omikron nə qədər təhlükəlidir? Əməkdaşlarımız bunu araşdırıblar. İzləyək.

Koronavirusun “omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır - əsasən, 1-3 gün. Lakin bu ştamın yoluxuculuğu yüksəkdir. Bəs sakinlər artıq Azərbaycanda da rast gəlinən omikron ştamı haqqında nə bilirlər və özlərini virusdan necə qoruyurlar?

Omikron ştamının artıq bir sıra ölkələrdə “delta”nı sıxışdıraraq qısa müddət ərzində dominanta çevrildiyi müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, sürətlə yayılan “omikron” əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir.

Həkimlər mutasiya olunmuş formaları ilə qarşımıza çıxan koronavirusun müxtəlif ştamlarına eyni anda yoluxmağın mümkün olduğunu qeyd edirlər.

“Omikron" ştamına artıq 100-dən çox ölkədə rast gəlinib ki, onlar arasında Azərbaycan və qonşu ölkələr də var. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün peyvəndlənməyə çağırır.

 

Aişə Rzayeva