• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 15.01.2022 12:20

Avtoxuliqanlıq edib yarış keçirənlərdən biri saxlanılıb, digəri müəyyənləşdirilir

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar. Qəza törədib ərazidən qaçan şəxs də məsuliyyətə cəlb olunub.

Şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. Bundan başqa, araşdırmalar zamanı həmin sürücünün şəhər ərazisində hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “Niva” markalı avtomobillə şəhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüqundan 1 il müddətinə məhrum edilməklə 15 sutka inzibati qaydada həbs olunub. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri-əməliyyat tədbirləri davam etdirilir. *** Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədən və hadisə yerindən yayınan sürücü saxlanılıb. Araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadənin narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.