• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 14.01.2022 12:34

Narkotik satan və alan şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Namazov saxlanılan zaman onun üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evdən ümumi çəkisi 25 kq 16 qram olan, 2 ədəd böyük torbada marixuana aşkarlanıb. İdarə əməkdaşlarının saxladığı digər şəhər sakini Xəyal Həmzəyevdən isə narkotik vasitə olan heroin aşkar olunub.

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları isə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Mehdi Mahmudovu saxlayıb. Polis İdarəsində üzərindən heroin aşkarlanan saxlanılan şəxsin yaşadığı evdindən də külli miqdarda narkotik vasitə olan heroin aşkarlanıb.

Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən digər şəhər sakini Vüqar Ağayevdən isə “patı” kimi tanınan metamfetamin aşkar olunaraq götürülüb.

Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları şəhər sakini Hüseyn Alıyevi saxlayan zaman əlindəki sellofan torbada çəkisi 460 qram qurudulmuş marixuananı maddi sübut kimi götürərək müvafiq ekspertizaya təqdim edib. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İlham Məmmədov saxlanılıb. Bölmədə onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.