• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 13.01.2022 16:00

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika nazirini qıbul edib

KepezTV Player

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səyləri Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. "Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.