• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 11.01.2022 10:57

Xiaomi ekranın istənilən hissəsinə inteqrasiya olunan barmaq izi skanı texnologiyasını patentləşdirib

Ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib smartfonlar hələ 2018-ci ildə satışa çıxmağa başlamışdılar. Lakin bu texnologiyadan şirkətlər aktiv şəkildə 2019-cu ildən istifadə etməyə başladılar. Xiaomi şirkəti isə sözügedən texnologiyanın inkişafına təkan vermək niyyətindədir. Belə ki, şirkət barmaq izi skanını ekranın istənilən hissəsinə inteqasiya etməyə imkan verən texnologiyanın patentini əldə edib. Ayrı-ayrı hallarda müasir barmaq izi skanı texnologiyaları öz böyük ölçüləri ilə fərqlənirlər. Bəzi hallarda onlar smartfon ekranının yarısını əhatə edirlər. Lakin əksər hallarda ekrana inteqrasiya edilən barmaq izi skanı texnologiyasının ölçüsü 1 sm-dən böyük olmur və əsasən ekranın aşağı hissəsinə yerləşdirilir.

Çinin patentlər üzrə agentliyinin verdiyi məlumata əsasən isə Xiaomi şirkətinin yeni texnologiyası barmağın ekrandakı müyyən hissəyə toxundurmaq prosesinə ehtiyac duymadan tez bir zamanda smartfonu blokdan çıxartmağa imkan verəcək. Xiaomi-nin yeni barmaq izi skanı texnologiyasının çalışması üçün infraqırmızı LED elementlərdən ibarət xüsusi şəbəkədən istifadə edilir. Həmin infraqırmızı LED elementlər sensor layı ilə ekran arasında olan orqanik işıq diodları üzərlərində yerləşirlər. Sensor layı öz növbəsində barmağın ekrandakı istənilən hissəyə toxunuşunu qeydiyyata alaraq barmağın formasını və ekran üzərindəki yerləşdiyi yeri təyin edir.

Daha sonra LED elementlər barmağın ekran üzərində yerləşdiyi yerə infraqırmızı işıq buraxır. Bu halda ekranın digər hissələrində olan LED elementlər işə düşmürlər. Barmaq yastığının işığı əks etdirməsindən sonra barmaq izi öz növbəsində proyeksiya şəklində qəbulediciyə ötürülür. Əldə edilmiş məlumatlar əsasında smartfon barmaq izi xəritəsini yaradır və onu əvvəlki nümunələr ilə müqayisə edir. Müqayisə zamanı nümunələr bir-birilərinə oxşardırlarsa, smartfon blokdan çıxarılacaq. Qeyd etmək lazımdır ki, Xiaomi-nin sözügedən texnologiyanı patentləşdirməsi o demək deyil ki, o, dəqiq şəkildə şirkət smartfonlarında reallaşdırılacaq.