• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 07.01.2022 12:05

Qaz sayğacları gələn ildən avtomatik sıfırlanacaq

KepezTV Player

“Azəriqaz”ın yeni sifariş etdiyi sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq”. Qurumdan verilən məlumata görə, 2022-ci ildən başlayaraq “Gəncəcihazqayırma” zavoduna 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib. Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxılacağ. Cihazlar “Azəriqaz”ın hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq edilməyə başlanacaq. Bu il qaz sayğaclarının sıfırlanması ilə bağlı "Azəriqaza" 144 min müraciət daxil olub.