• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 06.01.2022 19:32

İcra başçısı şagirdlərlə muzeydə

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət edib. Burada aparılan təmir bərpa işləri ilə tanış olub. 500-ə yaxın ekspanatı olan muzeyin daxilində rəngsazlıq işləri aparılıb, həyəti abadlaşdırılıb. Muzeydə məktəblilərlə olan icra başçısı görkəmli yazıçı, şair, dramaturq, tənqidçi, tərcüməçi və ədəbiyyatşünas Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə məlumatlandırılıb. Şagirdlər Mir Cəlal Paşayevin yaradıcılığına müraciət edərək şeirlər səsləndirib, musiqilər ifa ediblər. Niyazi Bayramov ərazidə fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova ilə də görüşüb. Şəhər yazarlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.