• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 06.01.2022 12:20

Qazaxıstanda Xüsusi əməliyyat keçirilir

KepezTV Player

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir. Məlumata görə, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS bildirişlər göndərir. Ölkədə baş vermiş kütləvi iğtişaşlar zamanı 1000-dən çox insan yaralanıb. Onlardan 400 nəfəri xəstəxanalara yerləşdirilib.Prezident Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.

Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qazaxıstana sülhməramlı missiya göndərib. Göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb. Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyi isə bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib. Səfirliyin tviter hesabında yer alan müraciətdə 19 yanvar tarixinədək bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyətin elan edildiyi bildirilir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur.