• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 05.01.2022 19:10

Hərbi qulluqçuların qar uçqunu altında qalması yalandır

KepezTV Player

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb. "Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - deyə Müdafiə Nazirliyindən qeyd edilib. *** Nazirliyin digər məlumatında Azərbaycan Ordusunun hərbi maşınının qəzaya düşdüyü və 2 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.