• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 05.01.2022 16:23

Şagirdlərdə bədii ədəbiyyata maraq artırılır

KepezTV Player

Gəncənin iki orta məktəbində “Kitab oxumaq biliyi gücləndirir” şüarı ilə yeni layihə həyata keçirilib. Məqsəd şagirdlərdə bədii ədəbiyyata olan marağı artırmaqdır. Şəhər təhsil idarəsi tərəfindən reallaşdırılan layihə ilkin olaraq Gəncənin 8 və 16 nömrəli tam orta məktəblərində reallaşdırılıb. Məktəblilərə mütaliə üçün 1 ay əvvəldən Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərlər verilib. Şagirdlər oxuduqları əsərlər haqqında onlara verilən sualları cavablandırıblar. Münsiflər heyəti tərəfindən cavablar yoxlandıqdan sonra  qalib gələn məktəblilərə diplom və xatirə hədiyyələri təqdim edilib.