• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 05.01.2022 16:03

Hökumət qiymət artım­larının təsirlərini minimuma endir­mək üçün addımlar atır

KepezTV Player

Azərbaycan hökuməti qiymət artım­larının təsirlərini minimuma endir­mək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırıl­ması komponentini nəzərə almaqla formalaşdırılıb. İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Antiin­hisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda müxtəlif məhsulların qiymətinin mütəmadi monitorinqi aparılır və bazar araşdırmaları həyata keçirilir. "Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100 %-lik lokalizasiyaya nail olmaqdır. İdxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur" - deyə Mikayıl Cabbarov bildirib.