• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 05.01.2022 12:10

Un və çörəyin qiymətinə nəzarət gücləndirilib

KepezTV Player

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib. Taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib. Un və ənənəvi çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır. Qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək.