• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 05.01.2022 12:20

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu abadlaşdırılır

KepezTV Player

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində ilkin genişmiqyaslı təmizlik işləri aparılır. Görülən işlərlə tanış olmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əraziyə baş çəkib. Şəhər rəhbəri həyata keçirilən abadlıqla bağlı öz tövsiyə və tapşırıqlarını verib. Qalanın və ətraf mühitin mühafizəsini təmin etmək üçün sözügedən ərazi məişət tullantılarından təmizlənib, yeni məlumat lövhələri quraşdırılıb. Müvafiq işlərə Mənzil Kommunal Təsərrüfatı  İstehasalat Biriliyinin əməkdaşları ilə yanaşı, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri də cəlb olunublar. Abadlıq işləri qədim Gəncə qalasının qorunub saxlanılması, tariximizin yaşadılması ilə yanaşı, turizmin inkişafına da töhfə verəcək. 1482 hektar ərazini əhatə edən qoruqda aparılan işlər Gəncə Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.