• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 31.12.2021 20:42

2022-ci il kimlərə düşərli olacaq?

KepezTV Player

2022- ci il artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır. Şərq təqviminə görə, yeni il Mavi Su Pələnginin ilidir. Bəs insanlar bu ildən nə gözləyir? Ümumiyyətlə illərə inanırlarmı? Bununla bağlı da videomaterialımız var.

Bu il pələng ilidir. Bu ildən gözləntilərim isə hər kəsə güc cəsarət diləyirəm. Yeniliklər olsun İnşallah hər kəsdə. Və yeni addımlar atmağı arzu edirəm.

şəhər sakini : Əslində elədə innamıram illərə qismət Allahdandı. Azərbaycanın xoşbəxtliyi, müharibə olmasın İnşallah. Şəhidlərimiz olmasın.

şəhər sakini: Bu ili kəsirsiz bitirməyi arzulayıram Və şəhidlərimizin olmamağını.

şəhər sakini: Bu il pələng ili olmalıdır. Illərə o qədər innamıram, amma gözləntilər odur ki, birinci ümidimiz virus qurtarar.

şəhər sakini: Semestrlərın bitməsini istəyirəm. İmtahanlar falan bizi yorur. Ona görə tək arzumuz odu.

şəhər sakini: Bu yeni ildən gözləntim əminamanlıq, sülh, mehribanlıq, can sağlığı bütün hər kəsə. Bir də erməni kəsilsin bu torpaqdan. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı. Dövlətimizə güc versin.

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik dövrün daxilində hər il bir heyvan üzərində təhvil olur. Yaponiyada çox məşhur olan bu təqvimə Azərbaycanda da inanan insanlar kifayət qədərdir. 2022-ci il Pələng ili 1 fevralda başlayıb və 2023-cü il yanvarın 21-ə kimi davam edəcək. Şəhər sakinləri arasında keçirdiyimiz sorğu zamanı kimiləri illərə inanmadıqlarını, kimiləri isə pələng ilindən olan gözləntilərini söylədilər. İnsanlar arasında olan bu inanclar haqqında psixoloq Sona Davudovanın da fikirlərini öyrəndik.

Sona Davudova psixoloq: Yalnız bizim ölkəmizdə deyil, tarix boyu bütün ölkələrin yeni il haqqına müxtəlif inancları olub. Hər millət onu coğrafi tarixi xüsusiyyətlərinə uyğun qeyd edir. İnsanların bu barədə çox fərqli inancları və yeni ildən gözləntiləri olub. Elə insanlar da var ki, bunu illərlə əlaqələndirilər. Hər insanın yeni ildən müəyyən gözləntiləri olur. Amma qeyd elədiyim kimi bu gözləntilər ən birinci özümüzdən olmalıdır. Çünki hansı il olmasından asılı olmayaraq əgər bizim özümüz üzərində qurduğumuz hər hansı bir hədəflərimiz yoxdursa ilin nə olasından asılı olmayaaraq o heyvan heç bir halda bizə uğur gətirməyəcək.

Pələng aktiv heyvandır və buna görə də Çin ulduz falının bütün nümayəndələrindən təşəbbüs tələb edəcək. Eyni zamanda Pələng müdrik, inadkar və tədbirli heyvandır. Bu keyfiyyətləri özünüzdə inkişaf etdirin ki, qarşıdakı il sizə səxavətli hədiyyələr gətirsin. Pələng zolaqlıdır və buna görə də hadisələrin inkişafından asılı olaraq bizi müxtəlif sürprizlər gözləyir. O ki qaldı Pələng ilində doğulanlara, onları çox parlaq və hadisələrlə dolu bir il gözləyir! Güc, inam və enerji qazanacaqlar. Köhnə ideyaların bir qismini həyata keçirmək üçün kifayət qədər resurslar olacaq. Əgər kifayət qədər enerjili və fəal olsanız, uğur sizin olacaq. İndidən gələcəyinizi qurmağa başlaya bilərsiniz. Siz 12 ilin təməlini qoyursunuz. Və gələcək illərdə başınıza gələnlər yalnız sizdən asılı olacaq. Qəpiksiz qalmamaq üçün xüsusilə xərclərinizdə diqqətli olun.

İlin hansı hansı heyvan üzərində dəyişməsindən asılı olmayaraq insanlara inanclarının özlərindən olmağını, reallaşmasını istəmələrini, arzuladıqları iş üçün hədəflər qoyaraq uğurlu olmalarını arzulayırıq.

Aişə Rzayeva