• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 31.12.2021 20:35

"Nizami Gəncəvi İli"nə yekun vuruldu

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə bu il Respublikada dahi Azərbaycan şairi, böyük söz ustadı Nizami Gəncəvi ili oldu. Mütəfəkkirin 880 illiyi münasibətilə dünya ədəbiyyat inciləri sırasında yer alan Nizami yaradıcılığına ölkəmizdə və hüdudlarından kənarda nəzər salındı. Şairin yaşayıb yaratdığı Gəncədə də Nizaminin yubleyi adına layiq şəkildə qeyd edildi.

Nizami elə bir düha sahibidir ki, o insanları özündən uzaqlaşdırmır. Həmişə onu yad etməyə sövq edir, o da bizdən ayrılmır. Bu doğrundan da belədir. Heç şübhəsiz, ölkə başçısının sərəncamı ilə 2021-ci ilin Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkədə Nizami ili kimi qeyd edilməsi dahi söz ustadına, sevgisindən, məhəbbətindən irəli gələn addım idi.

Nizami Gəncəvi dünyanın nadir və bənzərsiz söz sənətkarıdır. Onun yaradıcılığı təkcə Nizaminin vətəni Azərbaycanda deyil bütün dünyada heyrət doğurur. Gəncədən çıxmıyan şairin bu qədər müdrik söz sahibi olması əsirlərdir ki, alimləri düşündürür və təəcübləndirir. Nizami Gəncəvi böyüklüyünə həmişə ulu öndər Heydər Əliyev də siyasi fəaliyyəti dövründə yüksək qiymət verib.

Nizami Gəncəvi yaradıcılığında həm də insan konsepsiyası var. Onun ən böyük dahiliyi odur ki, o humanist şair kimi insana məhəbbəti tərənnüm edib. İnsanların özünün özünü tərbiyyəsi barədə dahiyanə fikirlər səsləndirib. İnsanın bədbinlikdən qaçması və özünü ruhlandırmağı bacarması da onun yaradıcılığında əsas sujet xəttini təşkil edir.

Min illər keçsə belə Nizami həmişə anılacaq. Çünki Nizami bütün dünya xalqlarını heyrətdə qoyub, ədəbiyyətin əbədi zirvəsində özünə yer alıb və o yeri də heç kim fəth edə bilməz.

Nizami ilinin yekunu o demək deyil ki, Nizami bizim yaddaşlardan çıxacaq. Xeyir, Nizami Gəncəvi həmişə bizim yadımızda, qəlbimizdə və ruhumuzdadır. Çünki onun yazdığı əsərlər əsirlərdir ürəklərə, ruhlara hopub və bu belə də davam edəcək.

Elnur Vahidoğlu