• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 31.12.2021 20:30

Pandemiya ilə bağlı ümumi vəziyyət stabildir

KepezTV Player

Artıq 2 ilə yaxındır ki, bütün dünyada olduğu kimi ölkəmizdə də davam edən pandemiya dövrü hələ də diqqət edilməsi gərəkən tədbirlərlə bizi baş-başa buraxır. Karantin rejmi yumşaldılsa da təəsüf ki, koronavirus təsirini yumşaltmaq bilmir. Bu bəlanın yeganə çarəsi isə praflaktik qaydalara diqqət etmək və əlbətdəki vaksinasiyadan keçir. Bəs Azərbaycanda il ərzində pandemiya ilə bağlı ümumi vəziyyət necə olub? Sıradakı materialımızda biləcəksiniz.

Cari il ərzində Azərbaycanda koronavirus pandemiyasından irəli gələrək qadağaların yumşaldılması müşahidə edildi. Əsas səbəb göstəricilərə görə görülən düzgün tədbirlər və vaksinasiyadır. Ölkəmizdə 1 ci doza üzrə 6, 2 ci doza üzrə 5, buster doza üzrə isə təxmini 2 milyona yaxın vaksin vurulub. Azərbaycanda ağır xəstələrin sayında, həmçinin ölüm faizində azalmanın müşahidə olunması ölkədə yumşaldılma tədbirlərinə gedilməyi mümkün etdi. Təbii ki, vaksinasiya prosesi də aktiv fazada davam etməkdədir.

Mütəxəsislərin sözlərinə görə dünyada və ölkəmizdə yoluxma hallarının ən çox rast gəlindiyi aylar qış aylarıdır. Ancaq il ərzində ölkəmizdə hər 3 doza üzrə ümumilikdə 12 milyona  yaxın insanın vaksin olunması, bu il havalarn soyuq keçdiyi dönəmdə olan faiz nisbətinin aşağı enməsinə səbəb olub və bu müsbət tendensiya davam etməkdədir.

Sevindirici hal isə ondan ibarətdir ki, il ərzində Covid-19-un mutasiya olunmuş variantı olan Omikron ştammının Azərbaycanda qeydə alınmamasıdır. Yayıma tezliyinə görə digər variantlardan fərqlənən Omikron 100-ə yaxın ölkədə aşkarlanıb.

Ölkənin 2-ci böyük şəhəri, 330 mindən çox əhalisi olan Gəncədə isə 25 mindən çox insana 3-cü doza vaksin vurulub. Ümumilikdə isə şəhər üzrə peyvənd vurduranların sayı 350 minə yaxındır.

Hər kəsə vaksinasiyada aktiv iştirak etməyi, qoyulan qaydalara riayət etməyi, xüsusən də bayram günlərində kütləvi toplanma yerlərindən mümkün qədər uzaq olmağı, vaksin olunsalar belə sosial məsafə, gigiyena qaydaları, maska istifadəsinə əməl etmək məsləhət görülür. ÜST-ün açıqlamasına görə, əgər sadalanan qaydalara əməl edilməsi və dünya əhalisinin 70 faizindən çoxu peyvənd vurdursa 2022-ci ildə 2 ilə yaxındır dünyanı cənginə alan koronavirusa qalib gəlmək olar.

Aişə Rzayeva