• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 31.12.2021 12:45

Şəhidlərin xatirəsinə kitab hazırlanıb

KepezTV Player

“44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitabın təqdimatı olub. Kitabın Gəncə şəhidlərinin əziz xatirəsinə həsr edildiyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərin qəhrəmanlıq səlnaməsinin öyrənilməsi üçün böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Kitabda 1-ci Qarabağ müharibəsi şəhidləri və Vətən müharibəsində ermənilərin raket hücumu nəticəsində dünyasını dəyişən mülki şəxslər barədə də məlumatlar öz əksini tapır. Bundan başqa Ali Baş Komandanın Vətən müharibəsi dövründəki çıxışları, qərarları haqda nəşrdə informasiyalar var.