• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2487
— 30.12.2021 12:00

Gəncənin tarixi adının bərpasından 32 il keçir

KepezTV Player

Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncə. Bu gün şəhərinin adının bərpasından 32 il keçir. İgid və mərd gəncəlilər sovet hakimittəyi illərində Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli vətəndaşların təkidi isə məhz 1989-cu ilin 30 dekabrında öz bəhrəsini verir.

O vaxt Kirovabad adlanan Gəncənin tarixi adının bərpa edilməsi məsələsini gəncəli Əməkdar jurnalist Nüşabə Məmmədli ilk dəfə qaldırıb. 1987-ci il fevralın 13-də Bakıda jurnalistlərin 7-ci qurultayında Rəyasət Heyətində yer alan xanım Məmmədli Kirovabad adının dəyişdirilərək Gəncə adlandırılması ilə bağlı geniş çıxış edir. Onun bu çıxışı o vaxtkı rəhbərlik tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılansa da, xalq bu təklifi dəstəkləyir. Nəhayət 1989-cu ilin 30 dekabrında Ali Sovetin qərarı ilə Gəncə adı bərpa olunur. Əməkdar jurnalist həmin günləri belə xatırlayır.

Azadlıq və istiqlaliyyətin ilk müjdəsi olaraq Gəncə adının qaytarılmasından sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapır.

Bu gün Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir.

 

Valeh Anaroğlu