• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 30.12.2021 12:04

“YAŞAT” Fondu yaralılarımızı ailə üzvləri ilə görüşdürüb

KepezTV Player

“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən yaralananların ailə üzvləri üçün xüsusi layihə rellaşdırılıb. Layihə çərçivəsində Türkiyədə müalicəsi davam etdirilən 7  yaralı ailəsinin 19 ailə üzvünün həmin ölkəyə 26 dekabr – 2 yanvar tarixində səfəri reallaşdırılıb.  Məqsəd 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə və Yeni il bayramında qazilərimizin ailə üzvləri və yaxınları ilə birlikdə olmalarını təmin etmək, onlara xoş bayram sevincini yaşatmaq olub. “YAŞAT” Fondu tərəfindən ümumilikdə 157 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 116-sı ölkəyə geri qayıdıb. Hazırda 41 ağır yaralının müalicəsi davam edir.