• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 29.12.2021 21:36

Xalçaçı-rəssamın yubileyi qeyd olundu

KepezTV Player

Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyi münasibətilə “Naxışlarda əbədiləşən ömür” adlı elmi-praktiki konfrans keçirilib. Mərkəzi kitabxanada baş tutan tədbirdə xalçaçılıq sənətinin ənənələrinin yaşadılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin müstəsna xidmətlərinin olduğu bildirilib. Böyük Vətən müharibəsində iştirak edərək orden və medalarla təltif edilən mədəniyyət xadiminin xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü işlərə görə professor adı aldığı diqqətə çatdırılıb. Konfransda həmçinin yubilyarın əsərlərini rəsmlərə həkk edən gənclərin əl işləri də nümayiş olunub.