• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 856
— 29.12.2021 21:26

"Gəlin həmrəy olaq"

KepezTV Player

Samux rayonunda şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Bu dəfə qəhrəman şəhid övladlarını sevindirmək məqsədilə yeni il şənliyi təşkil olunub.

Gəncə regional Mədəniyyət İdarəsinin Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Sərkar kitabxana filialında "Gəlin həmrəy olaq" adlı bayram tədbiri keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər. Bayram tədbirində uşaqlar üçün səhnəciklər nümayiş etdirilib, Şaxta baba və Qar qızın gəlişi uşaqlara sevincli anlar bəxş edib. Uşaqlar onlarla birgə rəqs edib, şənləniblər.

Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Şəhidlərimizin ən müqəddəs amal – Vətənimizin bütövlüyü uğrunda döyüşüb və canlarını fəda etdikləri qeyd edilərək, onların bizlərə əmanət qalan övladlarına diqqət və qayğının hər kəsin mənəvi borcu olduğu bildirilib.

Uşaqların gözündəki sevinc atalarını unutdurmayacaq. Ancaq atalarının igidliyini hər zaman onlara xatırladacaq, onlara hər zaman qürur yaşadacaq.

Valeh Anaroğlu