• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 29.12.2021 20:36

"Ölkəmizə dəyən ziyan milyardlarla manatdır"

KepezTV Player

"İşğal dövrünün maddi baxımdan ziyanı ən çox bu torpaqlarda olan təbii və mineral xammal ehtiyatlarına dəyib. Aparılan monitorinqlər göstərir ki, 30 ilə yaxın bir müddətdə ölkəmizə dəyən ziyan milyardlarla manat həcmindədir". Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, bu müddətdə ərazilərimizə dəyən ziyan qiymətləndirilib, nəticə aidiyyatı qurumlara təqdim olunub.

Vüqar Kərimov ETSN-in nazir müavini: Bizim işğal altında olan ərazilərimizdə 167 adda qeydiyyatına alınmış mineral xammal ehtiyatlarımız var. Bunun da 60-a qədəri istismara məruz qalıb. O istismara qalanların da əlkəriyyəti qiymətli yataqlardı. Yəni qiymətli xammal olan qızıl, gümüş qiymətli əlvan metallar olan, yataqlarımız əsasən də mişar daşıdı,mərmardı, lutuf yataqlarıdı. Həm də istismara məruz qalıb bizim mineral su ehtiyatlarıdı. Bilirsiz Şərqi Zəngəzur hissəsi həm də mineral su ehtları ilə zəngin ərazilərdi. Qeyd etdiyim kimi 60- a qədər yataq istismara məruz qalıb və burda ziyan milyard manatdı. Ərazilərə keçid imkanı olduqca biz burda monitorinqlər aparırıq.

Firdovsi Əliyev ETSN-in nazir müavini:Xarici İşlər Nazirliyinin kordinatoluğu ilə bu işlər həyata keçirilir. Toplanmış materiallar onlara təqdim olunur. Vüqar müəllim qeyd etdiyi kimi monitorinqlər əsasən 4 istiqamətdə aparılır- meşə ehtiyatları, mineral xammal ehtiyatları, biomüxtəliflik və su ehtiyatlarımız. Onlar sağalmaz ziyan vurublar, təbii ki bunlar bütvlükdə hazırlanacaq və olar hüquqi müstəvidə cavabın vermiş olacaqlar.