• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 29.12.2021 20:33

Türkiyəni Qafqazla birləşdirən tunelin açılışı olub

KepezTV Player

Türkiyədə Ərzurum vilayətinin Uzundərə rayonunu Artvin şəhəri ilə birləşdirən 2 246 metr uzunluğa malik Pirinkayalar tunelinin açılışı olub.Yeni tunel Türkiyədən Gürcüstan sərhədinə uzanan marşrutda mühüm keçid olacaq və şimal-şərqi Anadolunun dağlıq bölgələri ilə yükdaşımaları asanlaşdıracaq. Cənubi Qafqaz istiqamətində açılan yeni tunelin Türkiyənin bu bölgəsində turizmin inkişafına önəmli töhfə verəcəyi də gözlənilir. Pirinkayalar tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatda iştirak edib.