• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 26.12.2021 18:42

Kürdəmirin mədəniyyət işçiləri Nizami yurdunda

KepezTV Player

Kürdəmir Regional Mədəniyyət idarəsinin işçilərinin Gəncə səfəri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarətlə başlayıb. Məqbərə və ətrafındakı kompleks barədə qonaqlara məlumat verilib. Nizami muzeyində Kürdəmir Regional Mədəniyyət idarəsi tərəfindən çap edilən “Nizami Gəncəvinin əsərlərinin el variantı” və “Nizami Gəncəvinin poetik portreti" adlı kitabların təqdimatı keçirilib. Bu nəşrlər XX-XXl əsrlərdə Nizami Gəncəviyə həsr olunan məqalələri, şerləri üzrə çıxarmaq məqsədi ilə hazırlanıb. Nəşrlərdə müəlliflərin ayrı-ayrı kitablarda, qəzet və jurnallarda Nizami Gəncəvi ilə bağlı nəşr olunan şerləri və yazıları  toplanaraq ilk dəfə sistemli şəkildə təqdim edilib.

Ardından İmişli rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında səhnələşdirilən teatr tamaşası ilə mədəniyyət sevərlər qarşısında çıxış edib. “Sən ey söz dünyasının hakimi Nizami” adlı 40 dəqiqəlik tamaşada  Nizaminin "Xəmsə"sinə  daxil olan əsərlərdən səhnələr göstərilib.

Tamaşada həmçinin Nizami Gəncəvinin sözlərinə muğamlar ifa edilib, qəzəllər səsləndirilib. Təqdimat maraqla qarşılanıb.