• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 26.12.2021 18:09

DİM sınaq imtahanları təşkil edib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən həm ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər, həm də Azərbaycan dili fənni və III ixtisas qrupu üzrə coğrafiya fənni üzrə abituriyentlərə əlavə sınaq imtahanları keçirilib. İmtahan binalarına buraxılış şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında baş tutub. Sınaq imtahanları 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçirilib. İmtahanlar Gəncə ilə yanaşı, Bakı, Naxçıvan, Şirvan, Lənkəran Şəmkir və Xaçmaz şəhərlərində təşkil olunub.