• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 27.12.2021 20:38

Qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!

KepezTV Player

Koronaviruslu həyata öyrənsək də heç kim virusa yoluxmağı arzulamır. Bunun üçün də mütləq şəkildə qaydalara əməl edib,özümüzü qorumalıyıq. Amma bunu necə edirik və ya edə bilirikmi? Gəncədə apardığımız müşahidələri təqdim edirik. Gəlin birlikdə izləyək.

Koronavirusun tüğyan etdiyi bir zamanda gigiyena qaydalarına əməl etmək, tibbi maskadan, spirtdən, dezinfeksiya edici məhlullardn istifadə etmək hər birimizin borcudur. Çünki bu qaydalara əməl etməklə, biz koronavirusa yoluxmanı minimum səviyyəyə endirə bilərik. Gəlin görək Gəncə şəhərinin sakinləri necə? Qoyulan qaydalara riyyət edirlərmi?

Koronovirusdan qorunmaq üçün nələr edirsiz?

Sorğudan görünür ki, əhali sağlamlığının qorunması üçün qoyulan bütün qaydalara əməl edir. Tənəffüs yollarını qoruyur, dezinfeksiyaedici vasitələrdən istifadə edir, məsafə saxlamağa çalışır. Sakinlərin maska və spirt üçün üz tutdaqları əsas məkan isə apteklərdir.

Apteklərdə də vəziyyət ürəkaçandır. Görünür əhali artıq koronaviruslu həyata öyrənib və ondan qorunmaq üçün əlindən gələni edir. Koronavirusun əsas yayılma məkanlarından olan ictimai iaşə obyektlərinə də baş çəkməyi unutmadıq. İnsanların sıx oldğu bu cür yerlərdə qayda qanuna riayyət olunması əsas amillərdən hesab olunur.

ALdığımız müsahibələr, apardığımız müşahidələr bunu deməyə əsas verir ki, şəhərimizin sakinləri, Korona virusdan qorunmaq üçün, onu minimum səviyyəyə endirmək üçün əllərindən gələni edib, qoyulan qaydalara, qanunlara riayyət edirlər, ciddi yanaşırlar. Ümid edirik ki, koronavirus adlı bu bəla, ölkəmizdən, dünyamızdan, planetimizdən tez bir zmaanda yox olub gedər.

Nərgiz Əhmədqızı