• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 25.12.2021 20:07

Şəhid övladları üçün yaddaqalan gün

KepezTV Player

Şəmkirdə şəhid övladları üçün "Yeni İl" şənliyi təşkil olunub. 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə balacaları təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev uşaqlara sevinc, şənlikdən zövq almağı arzulayıb. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır. Şəhid ailələri uşaqların könlünü oxşayan belə bir tədbirin təşkil olunduğuna görə minnətdarlıqlarını ifadə ediblər. Rayon İcra Hakimiyyətinin dəstəyi, Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzi və Şəmkir Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan şənlikdə şəhid övladları üçün maraqlı səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub, Yeni İl atributlarının və musiqi qruplarının çıxışları maraqla qarşılanıb. Rayon İcra Hakimiyyəti tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, uşaqlar müxtəlif atraksionlardan istifadə edərək əyləniblər.