• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 21.12.2021 20:38

Vaksinasiyada dördüncü doza tətbiq olunur

KepezTV Player

Qərb bölgəsində COVİD-19-a qarşı vaksinasiya prosesi uğurla davam etdirilir. Goranboy rayonunda əhalinin böyük hissəsi peyvəndlənib. Hazırda rayonda 4-cü doza vaksinin vurulması aparılır.

Goranboy rayonunda kütləvi vaksinasiya prosesi bu ilin yanvarın ayının 21-dən start götürüb. Sakinlər rayonda yaradılan bir neçə vaksinasiya məntəqəsinə gələrək  rahat şəkildə sinovak vaksinini vurdura bilirlər. Gün ərzində təxminən 400-500 nəfər arası insana 1, 2, 3 və 4-cü doza peyvənd vurulur. 11 aylıq periodda vaksin olunanlar sırasında heç bir neqativ hal aşkar edilməyib.

Vaksinasiya məntəqələri təkcə rayon mərkəzində fəaliyyət göstərmir. Ucqar ərazilərdə yaşayan vətəndaşların peyvənd olunmaları üçün eyni zamanda səyyar briqadalar da yaradılıb.

Goranboy sakinləri vaksinasiya prosesinə müsbət yanaşırlar. Çəkiliş zamanı peyvənd olunanların çoxunun 4-cü dozanı qəbul etməsi bu rayonda yaşayanların koronavirusa biganə olmamalarından xəbər verir.

Goranboy rayonunda ümumi olaraq 105 mindən çox əhali yaşayır. Müsbət tendensiya ondan ibarətdir ki, artıq 110 min dozaya yaxın vaksin sakinlərə vurulub.