• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 21.12.2021 20:30

Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub

KepezTV Player

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə hökm oxunub.O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilən Nadir Məmmədova isə 6 il həbs cəzası verilib. Digər təqsirləndirilən şəxslərə sınaq müddəti seçilməklə şərti cəza verilib.Bütün təqsirləndirilənlərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Onlar həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər. Hökmdə qeyd olunub ki, Vüqar Səfərlinin Bakının Xətai rayonunda və İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evi müsadirə edilsin, bank hesabına həbs qoyulsun.