• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 21.12.2021 12:36

Dəm qazından 3 nəfər zəhərləndi, biri öldü

KepezTV Player

Tovuzda dəm qazından bir gündə 3 zəhərlənmə hadisəsi baş verib. Rayonun Alakol kəndində Günay Eldar qızı Quliyeva dəm qazından zəhərlənərək Tovuz Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyətinin qənaətbəxş olduğu bildirilir. Günün analoji hadisəsi rayonun “Avaztəpə” adlanan hissəsində baş verib. Dəm qazından zəhərlənən 26 yaşlı Ayşə Eldar qızı Əliyevaya da tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur. Düz-Cırdaxan kəndində isə 29 yaşlı Gülnar Yusifova hamam otağında dəm qazından zəhərlənib. Evdə tək yaşayan, ixtisasca müəllim olan mərhum, işsiz idi. Təcili tibbi yardım gəlsə də kənd sakininin həyatını xilas etmək mümkün olmayıb. Hər üç hadisə ilə bağlı araşdırmalar aparılır.