• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 21.12.2021 12:32

Gorus-Qafan yolunda SOCAR-ın yanacaqdoldurma məntəqəsi açılıb

KepezTV Player

Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində Dövlət Neft Şirkətinin yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Sözügedən yanacaqdoldurma məntəqəsi özünə xidmət üsulu ilə fəaliyyət göstərəcək. Müştərilər burada quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaq doldura biləcəklər. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin eyni anda yanacaq təminatı mümkün olacaq.

Gorus-Qafan yolu üzərində yerləşən sərhəd buraxılış məntəqəsi əsaslı təmir olunub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qubadlı rayonunun Eyvazlı kəndindən keçən Gorus-Qafan yolu üzərində yerləşən buraxılış məntəqəsi də əsaslı təmir olunaraq istifadəyə verilib. Məntəqədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb.

Postun gömrük rejimi zonasında, idxal-ixrac buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Burada yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Ermənistan sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradılacaq.

Azərbaycan-Ermənistan sərhəddində yerləşən sərhəd döyüş məntəqələrində də şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazan­xana kompleksi, silah və təminat anbarları mövcuddur. Sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Valeh Anaroğlu