• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 20.12.2021 19:55

Muğam müsabiqəsinin ikinci seçim turu keçirilib

KepezTV Player

Gəncədə Nizami ili çərçivəsində keçirilən televiziya müğam müsabiqəsinin 2-ci seçim turu olub. Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə reallaşan bu turda  15 nəfərin muğam imkanları dəyərləndirilib.

Nizami ili çərçivəsində keçirilən televiziya muğam müsabiqəsinin birinci seçim turu dekabırın 6-da keçirilib. Gəncə ilə yanaşı Göygöl, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Gədəbəydən 50 nəfərin iştirak etdiyi ilkin mərhələdən 15 nəfər 8-35 yaş arası olan ifaçıların imkanları daha yaxşı olub.

Müsabiqənin şərtlərinə görə ifaçılar Nizami Gəncəvinin qəzəllərindən birini səsləndirirlər. Həmçinin Qarabağa həsr edilən mahnılar da iştirakçılar tərəfindən ifa olunur.

İkinci turun nəticəsinə görə 10 nəfər müsabiqəni davam etdirmək hüququ əldə edib. Yanvarda isə müsabiqəyə vəsiqə qazananlar müəyyən ediləcək. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunacaq.

 

Elnur Vahidoğlu