• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 20.12.2021 20:00

"Zəfərdən sonra" layihəsinin icrasına başlanılıb

KepezTV Player

Gəncədə "Zəfərdən Sonra" layihəsinin icrasına başlanılıb. Gəncə Regional Qadın Mərkəzinin təşkilatçılığı ilə reallaşan layihənin məqsədi şəhid anaları, şəhidlərin həyat yoldaşları və övladlarına hüquqi, psixoloji, sosial dəstək göstərmək, şəhid ailələri ilə bağlı dövlət siyasətini təşviq etmək, təhsil və peşə istiqamətində tədbirlər həyata keçirməkdir. Layihə çərçivəsində şəhid ailələri ilə birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər ediləcək, şəhid övladları üçün düşərgələr təşkil olunacaq, hüquqi, psixoloji və sosial yardımlar göstəriləcək.