• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 20.12.2021 12:03

Məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

KepezTV Player

Döyüş hazırlığı planına əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir. Azərbaycan Ordusunun təlim mərkəzlərində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra  hazırlıqlarının səviyyəsi sinif otaqları, o cümlədən çöl-səhra şəraitində yoxlanılır. Hərbi qulluqçular silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra edir, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər. Sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılmasıdır.