• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 20.12.2021 15:57

Genişmiqyaslı reyd keçirilib

KepezTV Player

Göygöl rayonunda pandemiya qaydaları ilə bağlı genişmiqyaslı reyd təşkil edilib. Yoxlama zamanı COVİD -19-la əlaqədar həm tövsiyələr verilib, həm də göstərişlərə əməl etməyənlər cərimələniblər.

Rayon polis şəbəsinin əməkdaşaları ilk olaraq ictimai nəqliyyatda reyd keçirib. Burada avtovağzal ərasizində müxtəlif istiqamətlərdə hərəkət edən avtobuslara baxış keçirən asayiş keşikçiləri bir sıra nöqsanlar aşkar ediblər. İlk növbədə verilən göstərişlərə əsasən sürücü ilə sərnişişinlər arasında qoyulmalı olan şəffaf arakəsmələr nəqliyyat vasitələrində gözə dəyməyib. Bu məqsədlə sükan sahibləri ilə prafilaktiki söhbətlər aparılıb, onlara infeksiyanın yayılmasının qarşısını almaq üçün arakəsmələrdən istifadə etməyin vacibliyi izah edilib.

Reyd taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də yan keçməyib. Sükan sahiblərinin hər iki doza vaskin vurdurmaları ilə bağlı sənədləri yoxlanılıb. Bundan başqa Göygöl polisi şadlıq saraylarında da nəzarət tədbirləri təşkil edib. Qonaqların COVİD-19 pasportlarına baxış keçirilib, zalda nazirlər kabinetinin verdiyi göstərişlərə əməl olunması  monitorinq edilib.