• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 19.12.2021 20:29

Qəzada ölənlər arasında azərbaycanlılar da var

KepezTV Player

Qarsın Sarıqamış qəsəbəsində baş verən faciəvi avtobus qəzası zamanı 4 nəfər ölüb, onlardan 2-si Azərbaycan vətəndaşıdır. Hadisə nəticəsində Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib.Hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək.Avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıblar. İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.