• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 19.12.2021 20:39

Bədən dilimiz nə deyir?

KepezTV Player

Bir çox uğurların arxasında mükəmməl ünsiyyət gizlənir. Ünsiyyət dedikdə söz və dil başa düşülsə də, sosial psixologiya sahəsində aparılan tədqiqatlar, sözsüz verilən informasiyaların sözlə verilən informasiyalardan daha təsirli olduğunu göstərir. Buna görə də, düzgün ünsiyyət qurmaq üçün bir şərt də bədən dilindən maksimum və düzgün istifadə etməkdir. Bəs cəmiyyətimizdə insanlar bunu bacarırmı? Bunla bağlı araşdırmamız var.

Danışıq tərzindən hərəkətindən insanları anlamaq olur.Baxır nə demək istəyir mimikasından jestlərindən.

Sözsüz ki, hərəkətləri ilə bilmək olar ki, o necə adamdı. Oturuşundan duruşundan.

Göz gülməlidi. Ancaq gözdən bilmək olar. Belə br söz var ki, onsanın qəlbi onun gözüdü. Təxminəndə olsa gözlə bilmək olar.

Onu ayırd eləmək olmur. Bu dəqiqə insanların çoox ağır xarakterləri var. Yəni mən heç cürə ayırd edə bilmirəm.

Biz danışmasaq da bədənimiz danışır. İnsan həyatı boyunca hər gün hamı ilə özü də fərqində olmadan bədən dilini istifadə edərək ünsiyyət qurur. Bədənimiz hadisələrə və vəziyyətlərə daha çox özbaşına reaksiyalar verir. Oturuşumuz, duruşumuz, mimikalarımız, jestlərimiz çox əhəmiyyətlidir. Bunların hamısı adamın cari əhvalını ifadə edir və qarşındakında sənin haqqında fikir formalaşdırır.

Sara Babayeva  psixoloq: Bədən dili bizim içimnizdə hiss etdiyimiz əslində daha doğruları demək istədiyimiz psixoloji testdir. Bədən dilində ən önəmlisi biizim üz mimikalarımızdır. Adi gülməkdən tutmuş əl hərəkətlərimizdən tutmuş bizim daxilimizdə nələr hiss edirik, əslində nəyi demək istəyirik onları göstərir. Artıq qarşındakı insanı tanıya bilirsən. Sənə nə demək istədiyinianlaya bilirsən. Bədən dilində ən önəmli gözlər və əllərdir.Çünki gözlər ruhun aynasıdır. Gözlər heç vaxt yalan söyləmz. Gözün daralması ilə adi gülüşün belə gerçək və ya yalan olmasını da bilmək olur.

İfadə baxımından hansı daha güclüdür? Bədən dili, yoxsa şifahi nitq? Araşdırmalar nəticəsində məlum olub ki, qarşılıqlı münasibətlərdə sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz rol oynayır.

Sara Babayeva  psixoloq: Bədən dili bütün vücudumuz danışmadan səsi çıxmadan hər şeyi göstərən bir elmdir. Psixologiyanın bir bölümümdür Bədən dilini əlbətdə bütün insanlar az da olsa anlayır. Məslən sən səsli nəyisə yalan deyə bilərsən amma bədən dili ilə məslən qulaqlarına toxunmaqla, Gözlərini çəkməklə, sağa sola baxmaqla aartıq bilmək olur ki, bu adam yalan danışır. Bədən dilini demək olar ki, 50 faiz insanlar anlayırlar və bu çox önəmlidiir.

Necə deyərlər bəzən, bir hərəkət min sözü əvəz edir. İstəsək də, istəməsək də üzümüzdə yaranan tutqun ifadə, ya da qəzəbimizi göstərən qaş düyünlənməsi və ya xoş aura  biz deməsək də, nə hiss etdiyimizi bizi müşahidə edənlərə izah edir.

Aişə Rzayeva