• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 19.12.2021 20:43

Ay ərzində TTTYS tərəfindən 350 nəfərdən COVİD-19 ilə bağlı yaxma götürülüb

KepezTV Player

COVİD 19 infeksiyası ilə mübarizə tədbirlərində Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da fəal iştirak edir. Stansiya və filialların tibb işçiləri bunun üçün səfərbər olublar. Edilən çağırışlarla bağlı ünvanlara gedilir və karonavirusla bağlı vətandaşlardan yaxmalar götürülür. Ümumilikdə isə şəhərdə ay ərzində 350 vətəndaşdan COVİD 19 şübhəsi ilə bağlı tibb işçiləri tərəfindən yaxmalar götürülüb.

Bu cür çağırışlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mərkəz və 5  filialına gün ərzində mütamadi olaraq daxil olur. Bunun üçün Satansiyanın tibb işçiləri gücləndirilmiş iş rejimində çalışırlar və sutka ərzində Gəncədə 18 həkim birqadası COVİD-19 mübarizədə əhaliyə xidmət edir. Koronavirus şübhəsi və qızdırması olan xəstələrdən tibb işçiləri tərəfindən  yaxmalar götürülür.

Namiq Nəbiyev Gəncə şəhər TTTY Stansiyasının baş həkim: Qoruyucu vastələrdən istifadə etmək şərti ilə ünvanlara gedilir. Ünvanlarda qızdırmalı xəstələr olduqda onlardan yaxma götürülür. Bundan başqa onnan kontaktda olanlar və şübhəlilərdən də yaxma götürülür. Götürülən bu yaxmalar 6 nömrəli poliknikaya göndərilir. Daha sonra xəstənin telefonuna mesaj göndərilir ki, sizdə neqativ və yaxudda pozitivdi.

Daha sonra məlumatlar vətəndaşın yaşadığı ünvanın ərazi üzrə poliklinikasına göndərilir. Xəstəxanaya aparılacaq sakinlər haqqında isə məlumatlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilir.

Namiq Nəbiyev Gəncə şəhər TTTY Stansiyasının baş həkim: Xəstəxanaya aparılan bu xəstələri ilk öncə modul tip xəstəxanaya daşıyırlar. Evdə kliniki xəstələrə də intizamnamələr göndərilir. Buna da bizim həkimlər imza atırlar ki, siz 14 gün ərzində heç bir yerə çıxmamalısız və izalyasiya olunmalısız. Dövlət tərəfindən verilən dərmanlar onlara çatdırılır. COVİD 19 xəstələrindən eləsəi olur ki, dialez xəstələridir ki, onlaraı Qazax rayon, Masallı rayon Mərkəzi Xəstəxanalarına aparırıq. Hamilələri isə Ağdaş rayon xəstəxanasına göndəririk.

Ünvanlara gedən tibb işçiləri lazımı avadanlıq və dərman peraparatları ilə təmin edilib. Bu isə xəstələrə xidmətdə çətinlik yaratmır.

Mahmud Əliyev həkim: Hər bir dərmanlarla təmin olunmuşuq. Kimdə hansı dərman olmuyanda aptekimizdən götürürük. Geyimlə, maska ilə əlcəklə təmin olunmuşuq. Spirt və digər vasitələrlə təmin olunmuşuq.

Ümumilikdə isə COVİD 19-la mübarizədə qoyulan qaydalara əməl etmək vacib olan amillərdəndir. Şərtlərə əməl etmək öz müsbət nəticələrini də verir.

Namiq Nəbiyev Gəncə şəhər TTTY Stansiyasının baş həkim: Şəxsən özüm nəzarət elədim və gördüm ki, bu dəfə olan xəstələrin vaksinasiya olanlarda çox az yoluxma oldu. Ölüm halları azaldı. Hətta COVİD 19 xəstəsi ilə kontakta olanlara belə xəstəlik keçmirdi. Bu isə o deməkdir ki, vaksinasiyanın əhəmiyyəti çox böyükdü. Həkim kimi tövsiyyəm odur ki, kim vaksinasiya olmayıbsa vaksin olsunlar.

Gəncədə indiyə kimi 77 min 232 nəfərdən yaxma götürülüb. 14 min 975 nəfərdə testin nəticəsi pozitiv çıxıb. Hazırda şəhərdə aktiv xəstə 214 nəfərdir ki, onlardan da 29 stasionar müalicə alır.

Elnur Vahidoğlu