• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1481
— 19.12.2021 20:57

270 abutiriyent sınaq imtahanında iştirak edib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən Respublikanın ali məktəblərinə hazırlaşan abutiriyentlər üçün sınaq imtahanı keçirilib. Gəncədə keçirilən sınaq imtahanında 270 nəfər öz biliyini sınayıb. İmtahanlar DİM tərəfindən keçirilən qəbul imtahan qaydalarına uyğun reallaşıb. Şəhərin İsmət Qayıbova adına 1 nömrəli orta məktəbində təşkil edilən imtahan 19 sinif otağında keçirilib. 3 imtahan rəhbəri və 23 zal nəzarətçisinin izlədiyi imtahan pandemiyya qaydalarına uyğun olub. Siniflərə daxil olmamışdan əvvəl iştirakçılar yoxlanılıb, hərarətləri ölçülüb və maska ilə tək-tək əyləşdirilib. İmtahan iştirakçılarına 3 saat vaxt verilib və onlar bu müddət ərzində verilən sulları cavablandırıblar. Sınaq imtahanın nəticələri isə bir neçə gündən sonra DİM-in rəsmi internet saytında yerləşdiriləcək.