• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 18.12.2021 12:23

Məktəbli rəsm müsabiqəsinin qalib olub

KepezTV Player

Gəncəi məktəblisi Sevgi Şəmsiyeva 2021-ci il ”Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qalibi olub.  7-ci sinifdə oxuyan azyaşlının çəkdiyi rəsm münsiflər heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Bu uğuruna görə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şagirdlə oxuduğu 28 nömrəli məktəbdə görüş təşkil edib, ona çəkdiyi rəsmə görə təşəkkürlərini bildiriblər. Eyni zamanda müsabiqənin qalibi olduğu üçün məktəbliyə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov tərəfindən verilən təşəkkürnamə və hədiyyə təqdim olunub.