• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1660
— 17.12.2021 21:39

Müəllimlərin əməkhaqları artırıldı

KepezTV Player

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb. Digər sənədlərlə gələn il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Yanvarın 1-dən həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.