• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 17.12.2021 20:32

Tələbələr SOS Uşaq Kəndində

KepezTV Player

Gəncə SOS uşaq kəndinin sakinlərinə bu dəfə tələbələr dərs keçiblər. Gəncə Dövlət Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, universitetin tələbələrinin praktik-seminar dərsləri SOS Uşaq kəndində təşkil olunub.Seminarda Gəncə Dövlət Universitetinin Sosial iş, Psixologiya və Təhsildə Sosial Psixoloji Xidmət  ixtisaslarının tələbələri iştirak ediblər. Psixologiya ixtisasının II kurs tələbələrinin “Kiçik yaşlı məktəblilərin şəxsiyyətinin formalaşması” mövzusunda məşğələsi də təşkil  olunub.Praktiki seminarın SOS Uşaq Kəndində təşkil olunması həm buranın sakinlərinə mənəvi dəstək olmaq, həm də tələbələri öz gələcək ixtisaslarına daha yaxşı hazırlamaq məqsədi daşıyır.

Gültəkin Hüseynova  tələbə: Universitetimiz bizi SOS uşaq kəndinə göndərir hər dəfə . Bu bizə həm həm nəzəri həm praktiki tərəfdən çox kömək olur. Bizə bu şəraiti yaratdığı üçün universitetin rekroruna və psixologiya kafedrasına öz təşəkkürümüzü bildiririk.

Zümrüd Cavadova Psixologiya kafedrasının müdiri: Bizim gənclərimiz tələbə gənclərimiz burda onların yaşadığı mühitlə, yaşadığı şəraitlə tanış olur, onlara mənəvi psixoloji dəstək oluruq. Rəhbərlik bizm üçün aidutoriya ayırıb burda çox gözəl bir şərait slaydlarla dərs keçir müəllimlərimiz tələbələrimiz belə bir mühitə gələndə bu mühiti görəndə daha fəallaşırlaar. Sanki düşünürlər ki, burda hər kəs bunların dinliyib daha məsuliyyətli olurlar bax biizm tələbələrimiz ümün də böyük əhəmiyyəti var. Biri var ki, bunlar hər gün eyni autoriyada dərs keçələr biri də var onlar mühiti dəyişsinlər və belə bir mühitdə əyani şəkildə onların biliyinin daha da artırılmasına səbəəb olur  gələcəkdə onlar özlərini artıq cəmiyyət üçün yararlı bəhrə verəcək gənclər kimi özlərini təsəvvür edirlər. Bax buda bizm ən böyük bəhrəmizdir.