• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 17.12.2021 12:32

Azad olunmuş ərazilərimizdə ümumqoşun atış sahəsinin açılışı olub

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş təlim mərkəzinin açılışında iştirak edib. Mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub. Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub. Təlim mərkəzində minaatan, qumbaraatan, atıcı və digər silahlardan atış çalışmalarının yerinə yetirilməsi, döyüş tapşırıqlarının icra edilməsi üzrə mövzuların tədrisi və praktiki məşq etdirilməsi üçün lazımi şərait yaradılıb. Ümumqoşun atış sahəsinə baxış keçirdikdən sonra Müdafiə naziri bölmələrin nümayiş döyüş atışlarını izləyib. Zakir Həsənov müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.