• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 16.12.2021 19:50

Bilik yarışına yekun vuruldu

KepezTV Player

"Nizami Gəncəvi İli" çərçivəsində Gəncənin orta ümumtəhsil məktəblərində silsilə tədbirlər çərçivəsində bu dəfə intellektual yarış keçirilib. Təhsil İdarəsinin təşkil etdiyi birincilik bir neçə mərhələ üzrə reallaşıb. Noyabrda baş tutan məktəblərdaxili mübarizədə 44 komanda iştirak edib. Onlardan 8-i finala vəsiqə qazanıb. Həlledici mərhələdə güclülər bal sistemi ilə müəyyən olunub. Bilik yarışında birinci yerə 39 nömrəli məktəbin "Zəfər", ikinci yerə 2 nömrəli məktəbin "Mücrü", üçüncü yerə isə 17 nömrəli məktəbin "Nizami" komandası layiq görülüb. Qaliblər medallar və "Nizami" kuboku ilə mükafatlandırılıblar.