• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1022
— 16.12.2021 19:56

ADAU-da TKTA-nın məlumatlandırma günü keçirilib

KepezTV Player

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Dövlət Aqrar Universitetində məlumatlandırma günü təşkil edib. Tədbirdə ali təhsil ocağının professor-müəllim heyəti, elmi işçilər və tələbələr iştirak ediblər. Agentlik tərəfindən yeni akreditasiya qaydaları haqda, eyni zamanda universitetin üzərinə düşən öhdəliklər barədə informasiya verilib, yeni qaydaların əvvəlkindən fərqli cəhətləri izah olunub. Həmçinin, yeni qaydalarla bağlı universitet nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Bu günədək 30 universitetdə keçirilən məlumatlandırma tədbirləri qarşıdakı günlərdə də davam edəcək. Sabah isə eyni tədbir Gəncənin digər təhsil ocağı olan Texnologiya Universitetində baş tutacaq.