• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 708
— 16.12.2021 20:02

COVİD 19-a qarşı vaksinasiya davam edir

KepezTV Player

Şəmkir rayonunda COVİD 19-a qarşı peyvəndləmə prosesi davam edir. Vətəndaşlar könüllülük prinsipi əsasında vaksinasiya olunurlar.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Şəmkir rayonunda xüsusilə risk qrupuna aid şəxslər - yaşı 40-dan yuxarı olanlar, təhsil, səhiyyə, bank və digər sahələrdə çalışanlar başda olmaqla əhalinin peyvəndlənməsi davam etdirilir. Vaksinasiya üçün müraciət edənlər əvvəlcə həkim müayinəsindən keçir, daha sonra qeydiyyata alınırlar. Peyvəndə əks göstərişi olmayanlara vaksin vurulur.

Peyvənd olunan şəxslərə müvafiq sənəd verilir. Burada vaksinin müvafiq dozalarının vurulma vaxtı qeyd olunur. Şəmkirin tibb müəssisələri vaksinasiya prosesinin lazımi qaydada aparılması üçün kifayət qədər peyvəndlə təmin olunub.

Şəmkir rayonunda indiyədək ümumilikdə 220 minə yaxın şəxs COVİD-19-a qarşı peyvənd olunub. Vaksinin əhəmiyyəti immuniteti gücləndirməklə, xəstəlikdən qorunmaq, infeksiyanın yayılmasını məhdudlaşdırmaq, ölüm hallarını minimuma endirmək, səhiyyə sisteminə düşən yükü azalmaqdan ibarətdir.

 

Valeh Anaroğlu