• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2141
— 16.12.2021 15:59

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edilib

KepezTV Player

Gəncənin Mərkəzləşmiş Kitabxana Sistemində haqq aşığı, Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan sənətkarlardan biri Aşıq Ələsgərin 200 illik yubleyi münasibəti ilə musiqili-ədəbi bədii gecə keçirilib. “Yerin pərdəsidir, göyün simləri, kükrəyən çağlayan ruhdur Ələsgər” adlı tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığından danışılıb. Onun öz xalqına, millətinə və dünya mədəniyyətinə böyük irs qoyub getdiyi vurğulanıb. Bu il ölkə rəhbərinin sərəncamı ilə Aşıq Əlsəgərin 200 illik yubleyi geniş şəkildə qeyd olunur və bu tədbir də onun davamıdır. Gecədə Azərbaycan Aşıqlar Birliyinin Gəncə nümayəndəliyinin üzvləri Aşıq Ələsgərin yaradıcılığından şeirlər səsləndirib, mahnılar ifa ediblər.